
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən tərtib olunmuş “Məmməd Səid Ordubadi” adlı biblioqrafik göstəricisi görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi Məmməd Səid Hacı Fəqir oğlu Ordubadinin 150 illik yubileyi münasibətilə tərtib edilmişdir. Göstəricidə yazıçının kitabları, məcmuələrdə və dövri mətbuatda dərc olunmuş əsərləri, eyni zamanda həyat və yaradıcılığı haqqında məlumatlar, həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədiyi fikirlər, o cümlədən yazıçının ədəbi düşüncələri və yazıçı dostları haqqında fikirləri öz əksini tapmışdır.
