Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
20 Aprel , 2021
20.04.2021-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialı tərəfindən Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə "Siyasi təntənənin qələbəsi" adlı videoçarx hazırlanmışdır. Videoçarxda Prezident İlham Əliyevin atası, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirməsidən söhbət açılmışdır. Məlumat verilmişdir ki, müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin həyata keçirilməsində, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində Prezident İlham Əliyev fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Daha sonra ölkədə aparılan gənclər siyasəti, ordu quruculuğu və 44 günlük davam edən, Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin zəfərinin məhz İlham Əliyevin adı ilə bağlı olduğu vurğulanmışdır.