Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Elanlar
29 Aprel , 2022
Əziz mütaliəsevərlər! Sizlərin kitaba, mütaliəyə marağınızın artırılması asudə vaxtınızın daha maraqlı və məzmunlu təşkili məqsədilə S. Vurğun adına Mərkəzi kitabxana tərəfindən “Yayı kitabla keçirək” adlı layihəyə start verilir.
Layihə çərçivəsində yay ərzində yeniyetmə və gənclərin kitabxanaya gəlişi, bədii ədəbiyyata marağı, ardıcıl mütaliəsi izlənəcək və qiymətləndiriləcəkdir.
Sentyabr-oktyabr aylarında layihənin dəyərləndirilməsi həyata keçiriləcək, fərqlənən oxucular mükafatlandırılacaqdır.
Dəyərli gənclərimiz, əziz məktəblilər! Qoy ömrünüzün hər günü
mütaliədə keçsin. Sizi səbirsizliklə öz kitabxanamızda gözləyirik.