Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
5 Noyabr , 2022
05.11.2022-ci il tarixdə Gənclər Kitabxanasında Zəfər aylığı çərçivəsində Sumqayıt Dövlət Texniki Kollec tələbələrinin iştirakı ilə “Vətən savaşında tarixi Zəfər” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Sona Eminova tədbiri açıq elan edərək, gəncləri Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Sonra o, çıxışına davam edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük müharibədə mənfur Ermənistan silahlı qüvvələri üzərində Qələbə qazanmasından, 30 ilə yaxın davam edən erməni təcavüzünə və işğalına son qoymasından, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından, regionda yaranan yeni reallıqdan bəhs etdi. S. Eminova xüsusilə vurğuladı ki, Azərbaycanın 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməsi və düşmən üzərində tarixi zəfər qazanmasında ordumuzun hərbi qüdrəti və müasir silah-sursatla təchiz olunması ilə yanaşı, xalqımızın həmrəyliyi, vətəndaşların “Dəmir Yumruq” ətrafında birləşməsi, müstəsna rola malikdir. Birlik və həmrəyliyimiz,hərbi qulluqçularımızın qəhrəmanlığı qələbənin əsas qayəsini təşkil edir.Sonra söz iştirakçılara verildi. Tələbələrdən Şərifli Nüşabə, Tahirova Züleyxa, Sadıqova İlahə və b. çıxış edərək. 44 günlük Vətən müharibəsi dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların seyrçi və laqeyd münasibətlərimünaqişənin həlli prosesinin hansı səbəblərdən 30 il uzanmasına işıq salındı.Qeyd edildi ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı, canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan təzyiq və təhdidlərə qətiyyətlə, əzmlə sinə gərən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “yenilməz Ermənistan ordusu” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflər darmadağın edildi. Sonda qeyd edildi ki, “Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək, çünki Azərbaycan beynəlxalq hüquqa, insan haqlarına və təbiətə,döyüş hüququna riayət etməklə üstün olduğu halda belə məğlub tərəfə barış əlini uzadıb”.