Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Elanlar
16 May , 2017

Dəyərli kitabsevərlər! 
S. Vurğun adına Mərkəzi kitabxanada mütaliənin təbliği məqsədilə yaradıcı insanların, tanınmış söz-sənət sahiblərinin oxucularla görüşü artıq bir ənənə halını alıb. “Oxucularla üz-üzə” silsiləsindən növbəti görüş çağdaş Azərbaycan nəsrinin istedadlı nümayəndəsi, həyatdan ədəbiyyata gələn müəlliflərdən biri, qələminə və mövzularına sadiq yazıçı Əlisəfa Azayevə həsr olunub. Bütün mütaliə həvəskarlarını 18 may 2017-ci il tarixində saat 11:00-da S. Vurğun adına Mərkəzi kitabxananın oxu zalında keçiriləcək həmin tədbirin iştirakçısı olmağa dəvət edirik.