Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
16 Noyabr , 2017

16.11.2017-ci il tarixində Gənclər kitabxanasında məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimovun 100 illik yubileyi ilə əlaqədar “Kosmosun fəthinə həsr edilmiş ömür” adlı informasiya saatı keçirilmişdir.Tədbiri giriş sözü ilə multimedia mütəxəssisi Sürəyya Əbdürrəhmanova açaraq Kərim Kərimovun həyat yolunun şagirdlərə örnək olduğunu vurğulayıb. Qeyd etmişdir ki,Sovetlər İttifaqı kimi nəhəng bir ölkədə bu mövqeyə yüksəlmək hər adama nəsib olmamış, böyük istedada malik Kərim Kərimov öz savadı və bacarığı hesabına bu mövqeyə qalxmışdı. Kosmonavtika Sovetlər İttifaqı üçün çox önəmli və prioritet sahə idi. Ona görə də, kosmosa ilk insan məhz Sovetlər İttifaqından uçmuşdu. Azərbaycanlılar Sovetlər İttifaqında kosmosa uçuş Dövlət komissiyasının sədrinin həmyerliləri olduğunu bilmirdilər.. Kərim Kərimovun şəxsiyyəti gizli saxlanılırdı. Ancaq Sovetlər İttifaqının dağılmasından sonra biz həmyerlimizin varlığından xəbər tuta bilmişik. Bu dahi insanın bütün həyatını Sovetlər İttifaqı kosmonavtikasına həsr etdiyini və bu sahəyə böyük töhvələr verdiyini vurğulamışdır. O, öz çıxışında Azərbaycan prezidenti İlham Əliyevin Kərim Kərimovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladığını da nəzərə çatdırıb.