Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Elanlar
15 May , 2018

ELAN

Əziz sumqayıtlılar! S. Vurğun adına Mərkəzi kitabxanada mütaliənin təbliği məqsədilə yaradıcı insanların, tanınmış söz-sənət sahiblərinin oxucularla görüşü artıq bir ənənə halını alıb. “Oxucularla üz-üzə” silsiləsindən növbəti görüş  Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlıya həsr olunub. Tədbir  16 may 2018-ci il saat 1400-da  S. Vurğun adına  Mərkəzi Kitabxananın oxu zalında keçiriləcək. Bütün mütaliə həvəskarlarını bu unudulmaz görüşün iştirakçısı olmağa dəvət edirik.