Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Elanlar
31 May , 2018
Elan
Əziz oxucular! İyunun 2-də (şənbə günü) saat 11-də Səməd Vurğun adına Mərkəzi kitabxanada tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədovun yeni çapdan çıxan “Sən kimsən – Armando?” adlı romanının müzakirəsi keçiriləcəkdir. 
Maraqlı süjet xəttinə malik, güclü dramatizmlə, sevgi dolu anlarla, gözlənilməz situasiyalarla, qarşıdurmalarla müşaiyət olunan yeni əsər müəllifin zəngin daxili dunyasının, gərgin yaradıcılıq axtarışlarının məhsuludur. Bütün mütaliəsevərləri müəllifin iştirakıyla keçirilən həmin tədbirin iştirakçısı olmağa dəvət edirik.