Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
11 Fevral , 2019

11.02.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsaslanaraq 26 saylı məktəbdə tədbir keçirdi.Tədbiri İncəsənət şöbəsinin multimedia mütəxəssisi Məhəmmədova Sevda açaraq Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından söhbət açdı. Sonra ədibin “Poçt qutusu”, “Saqqallı uşaq”, “Buz” hekayələri müzakirə olundu. “Poçt qutusu” qısa metrajlı filminə baxış oldu. Sonda şöbənin əməkdaşı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını özündə əks etdirən sərgi ilə tədbir iştirakçılarını tanış etdi.