Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
29 Avqust , 2019

29.08.2019-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Bir ömrün ədəbi izi” adlı ədəbiyyat saatı keçirilmişdir. Kitabxananın  multimedia mütəxəssisi Səbinə Qasımova yazıçının yaradıcılığından söhbət açaraq bildirdi ki, Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan yazarlarımızdan biridir. O, yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan H.İbrahimov hekayə, povest, roman və pyesləri ilə müasir ədəbiyyatımızın inkişafına mühüm töhfələr verib. Sonra Səbinə Qasımova ədibin yaradıcılığında xüsusi yeri olan “Ana ürəyi” hekayəsini nəql etdi və oxucularla hekayənin məzmun və mövzusu haqqında sual-cavab etdi. Sonda görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi.