Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
7 Sentyabr , 2019

07.09.2019-cu il tarixində Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar “Böyük ədib, qüdrətli satirik, xalqın müəllimi” adlı informasiya saatı keçirilmişdir.Tədbiri giriş sözü ilə açan mutimediya mütəxəssisi S.Əbdürrəhmanova ölkə başçısının Sərəncamına əsasən respublikamızda, o cümlədən kitabxanamızda da görkəmli yazıçının yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki,“Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və ədəbi məktəb yaratmış qüdrətli şəxsiyyətdir. Milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”. S.Əbdürrəhmanova bildirib ki, dahi yazıçı "Molla Nəsrəddin" jurnalının nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Mirzə Cəlil bu jurnal vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərib.