Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
13 Sentyabr , 2019

13.09.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində Bilik günü ilə əlaqədar “Oxumaq və öyrənmək vaxtıdır” adlı açıq qapı keçirilmişdir.Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Z. Məmmədova iştirakçılara əlamətdar gün haqqında geniş məlumat verərək bildirdi ki, yeni dərs ilinin başlanması hər yerdə bir canlanma yaradır. Məktəb həm bilik ocağı, həm də bizim ikinci  evimizdir.Çünki məktəb və müəllimlərimiz  uşaqlara bərabər yaşamağı,Vətəni, insanları sevməyi, dostları ilə  sevincini , kədərini  bölüşməyi, ölkəmizin tarixini öyrədir.Sonra isə “Bilikdən böyük sərvət olmaz” başlığı altında sərgilənən  kitab və dövrü mətbuat materialları,uşaq şöbəsinin əməkdaşlarının hazırladıqları biblioqrafik yaddaşlar, tövsiyə ədəbiyyat siyahıları ilə oxucuları tanış etdi.