Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Tədbirlər
16 Sentyabr , 2019

 16.09.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana klubda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş”Nəsimi və Azərbaycan ədəbiyyatı” adlı dəyirmi masa keçirilmişdir.Tədbir AYB-nin Sumqayıtr bölməsi və”Cığır” mənəvi dəyərlərlərin inkişafına  dəstək içtimai birliyi  ilə birlikdə hazırlanmışdır.Böyük kitabxanaçı Səadət Allahverdiyeva hamını salamladı,Ölkə Prezidentinin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında  imzaladığı sərəncamdan geniş söhbət açdı və”Bizim yubilyarlar” sərgisi haqqında iştirakçılara geniş məlumat verdi.Sərgidə Nəsiminin həyatı,yaradıcılığını əks etdirən kitab,qəzet,jurnal materialları öz əksimi tapmışdır.Sonra söz Sumqayıtlı yazarlar Gülnarə Cəmaləddin və Mənsurə Eldarqızına verildi.Onlar şairin yaradıcılığı haqqında oxuculara geniş məlumat verdiləır.”Cığır”ın üzvləri,kitabxanmızın fəal oxucuları Əhmədova Jalə,Babayeva Məxfurə,Bayramov Ömər, Quliyeva Jalə Nəsiminin qəzəllərindən nümunələr söylədilər.Məmmədli Əlisəfa və Bayramov Ömər Nəsimi yaradıcılğından bir parçanı səhnələşdirilmiş şəkildə nümayiş etdirdilər.