Sumqayıt şəhər Mərkəzi kitabxanası

Sumqayıt şəhər MKS
Elanlar
18 Aprel , 2020

Əziz oxucular, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Dahi siyasətçi və fenomen şəxsiyyət” adlı bədii qiraət müsabiqəsi elan edir. “COVID-19” pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq müsabiqədə iştirak etmək istəyənlər videolarını aprelin 30-dək Sumqayıt MKS Facebook səhifəsinin inbox-na təqdim edə bilərlər. Təqdim olunan videolar Facebook səhifəmizdə paylaşılacaq və müsabiqənin qalibi onlayn səsvermə əsasında müəyyən olunacaq. Müsabiqənin nəticəsi mayın10-da açıqlanacaqdır.